...

Bakıda eyni evdən 5 dəfə oğurluq etmiş dəstə zərərsizləşdirilib

Hadisə Materials 12 Sentyabr 2012 10:09 (UTC +04:00)
Bakıda eyni evdən 5 dəfə oğurluq etmiş dəstə zərərsizləşdirilib.
Bakıda eyni evdən 5 dəfə oğurluq etmiş dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Bakıda eyni evdən 5 dəfə oğurluq etmiş dəstə zərərsizləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 18-dən sentyabrın 11-dək olan müddətdə Zərdabi küçəsində yaşayan Dursun Yaqubovanın mənzilindən ayrı-ayrı vaxtlarda olmaqla ümumilikdə 5 dəfə qapının kilidini sındırma yolu ilə məişət əşyaları oğurlayanlar - Bakı şəhər sakinləri Vaqif Məmmədov, Natiq Eyvazov və Xırdalan şəhər sakini Etibar Məmmədov Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən sentyabrın 11-də yaxalanıblar.

Xəbər lenti

Xəbər lenti