...

Qobusanda ağır yol qəzası iki nəfərin həyatına son qoyub

Hadisə Materials 14 Sentyabr 2012 12:16 (UTC +04:00)
Qobustan rayonu ərazisində, Bakı-Şamaxı yolunun 70-ci km-də vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili digər vətəndaşa məxsus "Oka" markalı minik avtomobili ilə toqquşub.
Qobusanda ağır yol qəzası iki nəfərin həyatına son qoyub

Azərbaycan, Bakı, sentyabr 14 /Trend, müxbir E.Mehdiyev/

Qobustan rayonu ərazisində, Bakı-Şamaxı yolunun 70-ci km-də vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili digər vətəndaşa məxsus "Oka" markalı minik avtomobili ilə toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb, "Oka" markalı avtomobilin sürücüsü və bir nəfər sərnişin hadisə yerində ölüb və avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Yanğınsöndürən-xilasedicilər qeyd olunan şəxsləri müvafiq qaydada avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

"Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıb və yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti