...

Türkiyədə üç nəfər selin qurbanı olub

Hadisə Materials 23 Oktyabr 2012 11:12 (UTC +04:00)
Türkiyənin Kırıqkala vilayətinin Lüləburqaz şəhərində üç nəfər selin qurbanı olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Hürriyət" qəzeti məlumat verib.
Türkiyədə üç nəfər selin qurbanı olub

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Kırıqkala vilayətinin Lüləburqaz şəhərində üç nəfər selin qurbanı olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Hürriyət" qəzeti məlumat verib.

Həmçinin şəhərin daha bir neçə sakini itkin düşüb.

Sel nəticəsində Lüləburqaz şəhərinin sakinlərinin evlərini su basıb, bir çox evlər yaşayış üçün yararsız vəziyyətə düşüb.

Sellərin yaranmasına iki gün aramsız yağan leysan yağışları səbəb olub. Şəhər hakimiyyəti suyun çəkilməsindən sonra şəhərin başqa meyitlərin aşkar olunacağını istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti