Azərbaycan, Bakı, 27 noyabr /Trend /
Çərşənbə axşamı erkən saatlarında Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanlar saat 01:13-də Lənkəran şəhərindən 38 km şimal-şərqdə 9 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.