...

Abşeronda maşın piyadaları vurub, 1 nəfər ölüb

Hadisə Materials 17 Yanvar 2013 13:05 (UTC +04:00)
Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir piyada ölüb.
Abşeronda maşın piyadaları vurub, 1 nəfər ölüb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İzzət /

Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir piyada ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 16-da saat 20:00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində, qəsəbə sakini Asəf Məmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, həmyerliləri Fatma Məmmədovanı, İbrahim Əliyevi və Saray Əliyevanı vurub.

Nəticədə xəsarət almış hər 3 piyada xəstəxanaya yerləşdirilib, onlardan Məmmədova orada ölüb, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti