...

Bakıda törədilmiş cinayətlərə görə Rusiya vətəndaşı olan qadın saxlanılıb

Hadisə Materials 6 Fevral 2013 11:37 (UTC +04:00)
Rusiya vətəndaşı olan qadın Bakıda iki nəfəri bıçaqlamaqda şübhəli bilinir.
Bakıda törədilmiş cinayətlərə görə Rusiya vətəndaşı olan qadın saxlanılıb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

Rusiya vətəndaşı olan qadın Bakıda iki nəfəri bıçaqlamaqda şübhəli bilinir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 4-ü saat 05:30 radələrində Daş karxanası küçəsində Qazax rayon sakini Üzeyir Yusifov və A.Nemətulla küçəsində Bakı şəhər sakini Anar Məmmədxanov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hər iki cinayətdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Rusiya Federasiyasının vətəndaşı Olqa Adeyeva fevralın 5-də tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti