...

Bakıda oğurluq edən qadın yaxalanıb

Hadisə Materials 11 Fevral 2013 13:45 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 10-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Sumqayıt şəhər sakini Məleykə Şamilova yaxalanıb.
Bakıda oğurluq edən qadın yaxalanıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda avtobusda oğurluq etmiş Sumqayıt sakini yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 10-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Sumqayıt şəhər sakini Məleykə Şamilova yaxalanıb.

Qeyd edək ki, Şamilova yanvarın 24-də 40 saylı avtobusda Bakı şəhər sakini Sevil Vəliyevanın içərisində 250 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartı olan pul kisəsini oğurlamaqda ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti