...

Azərbaycanda qanunsuz saxlanan bir avtomat və iki tapança aşkar edildi

Hadisə Materials 19 Fevral 2013 13:02 (UTC +04:00)
Daxili işlər orqanları əməkdaşlarının respublikada fevralın 18-də həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 odlu silah aşkar edilərək götürülüb.
Azərbaycanda qanunsuz saxlanan bir avtomat və iki tapança aşkar edildi

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Daxili işlər orqanları əməkdaşlarının respublikada fevralın 18-də həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 odlu silah aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qobustan rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonunun Təklə kəndi ərazisində yolun kənarında dayanmış "NİVA" markalı avtomaşında olan 4 naməlum şəxs şübhə doğurduğundan avtomaşına baxış keçirilib və orada 1 ədəd "AKM" silahı aşkar edilib. Avtomaşında olanlar rayon polis şöbəsinə gətirilib və araşdırma aparılıb.

Araşdırmalar zamanı onların Şamaxı şəhər sakinləri Azər Əliyev, Mübariz Ömərov, Ülvi Kazımov və Lətif Nəbiyev olması, eləcə də L.Nəbiyevin Şamaxı rayonu ərazisində Ə.Əzizov tərəfindən idarə edilən avtomaşın istiqamətində atəş açması, habelə avtomaşından götürülmüş "AKM" silahının da ona məxsus olması müəyyən edilib.

Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Sabir Lətifovdan "Sauer" markalı tapança və 5 ədəd patron götürülüb.

Bakının Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Hikmət Alyasovdan 1 ədəd "Protektor Avtomatik G-5 12 PTB" markalı tapança götürülüb.

Hazırda hər üç fakt üzrə araşdırmalar davam edir. Götürülən silahların əvvəllər törədilmiş hansısa cinayətlərdə istifadə olunub-olunmamasının müəyyən edilməsi məqsədilə ekpertizalar təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti