...

Bakıda ağır yol qəzası baş verib, ölən var

Hadisə Materials 5 Mart 2013 04:52 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.
Bakıda ağır yol qəzası baş verib, ölən var

Azərbaycan, Bakı, 5 mart /Trend/

Bakıda ağır yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Nizami rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olununb ki, hər iki avtomobil deformasiyaya uğramış, "VAZ" markalı avtomobildə olan sərnişin vəfat etmişdir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin meytini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti