Azərbaycan, Bakı, 9 mart / Trend müxbir M.Əliyev/
Ötən gün külli miqdarda marixuana və heroin aşkarlanıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yasamal rayonunda keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Asif Qədirovdan 450 qrama yaxın heroin və 3 kiloqram yarımdan artıq marixuana aşkar edilib.
Digər əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini əvvəllər məhkum olunmuş Kamran İbrahimovdan 7 qramdan artıq, onun yaşadığı M.Abbasov küçəsində yerləşən yataqxanadan isə 700 qramdan artıq marixuana aşkar edilib.
Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Kamran Muradovdan 466 qram marixuana aşkar edilib.