...

Bakıda daha bir piyada avtomobilin qurbanı oldu

Hadisə Materials 11 Mart 2013 11:02 (UTC +04:00)
Sabunçu rayonunda “Mersedes”in sürücüsü yolu keçən piyadanı vuraraq öldürüb.
Bakıda daha bir piyada avtomobilin qurbanı oldu

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/

Sabunçu rayonunda "Mersedes"in sürücüsü yolu keçən piyadanı vuraraq öldürüb.

Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 10-da saat 23:50 radələrində Bakıda Sabunçu rayonunda Zabrat-Sabunçu şossesində, "ABU-petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolu keçmək istəyən 1959-cu il təvəllüdlü piyada Bağırov Rasim Davud oğlu həmin şosse ilə hərəkətdə olarkən yol-hərəkət qaydalarını kobud şəkildə pozan "90-AN-390" dövlət nömrə nişanlı, "Mersedes" markalı avtomobilin sürücüsü Əliyev Vasif Davud oğlu tərəfindən vurulub.

Nəticədə piyada Bağırov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti