...

Mingəçevirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 16 Mart 2013 08:09 (UTC +04:00)
Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərinin Heydər Əliyev prospekti ilə Xaldan şossesinin kəsişməsində Bayraq meydanında şəhər avtovağzalının yaxınlığında ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Mingəçevirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı, 16 mart /Trend/

Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərinin Heydər Əliyev prospekti ilə Xaldan şossesinin kəsişməsində Bayraq meydanında şəhər avtovağzalının yaxınlığında ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Belə ki, Mingəçevir şəhəri sakini 1954-cü il təvəllüdlü Aydın İsmayıl oğlu İbrahimov idarə etdiyi VAZ 2107 markalı avtomobillə "Şərq giriş qapısı"ndan yüksək sürətlə şəhərə doğru hərəkət edən zaman idarəetməni itirib və əks istiqamətdə hərəkət edən Yevlax rayonu sakini 1973-cü il təvəllüdlü İbrahim Tahir oğlu Məmmədovun idarə etdiyi dövlət qeydiyyat nişansız "M" markalı yedəkli motosikleti vurub.

Hadisə nəticəsində motosikletin sürücüsü İbrahim Məmmədov aldığı zərbədən hadisə yerində dünyasını dəyişib. VAZ 2107 markalı avtomobilin sürücüsü Aydın İbrahimov isə xəsarətlərlə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində motosiklet zərbədən bir neçə yerə parçalanıb, VAZ 2107 markalı avtomobilin
qabaq hissəsi isə tamamilə yararsız hala düşüb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti