Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İzzət/
Bakıda masaj salonunda əxlaqsızlıq yuvası təşkil olunduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakinləri Lalə Bəydəmirova və Arzu Yolçıyevanın icarəyə götürdükləri "Edem" masaj salonunda əxlaqsızlıq yuvası təşkil etmələri müəyyən edilib.
Faktla bağlı polis idarəsində araşdırma aparılır.