Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/
Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində sürücü və sərnişin həlak olub.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata əsasən, martın 16-da saat 18:10 radələrində paytaxtın İ.İsmayılov küçəsində Saday Paşayev idarə etdiyi "VAZ-21011" markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanmış Ceyhun Baxşəliyevə məxsus "Kamaz" markalı yük maşını ilə toqquşub.
Nəticədə S.Paşayev və sərnişini Nizami Rəhimov hadisə yerində ölüb.