...

Sumqayıtda “NİVA” piyadanı vurub öldürdü

Hadisə Materials 18 Mart 2013 13:05 (UTC +04:00)
Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Sumqayıtda “NİVA” piyadanı vurub öldürdü

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, martın 16-da saat 21.30 radələrində Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Şabran rayon sakini Xeyrulla Cəlilov "NİVA" markalı avtomaşını idarə edərkən, yolu keçən şəhər sakini Gülsüm Cəbiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti