...

Bakıda masaj salonunda əxlaqsızlıq yuvası yaradan Rusiya vətəndaşı tutulub

Hadisə Materials 18 Mart 2013 13:38 (UTC +04:00)
Bakıda əxlaqsızlıq yuvası təşkil edilən massaj salonu Rusiya Federasiyasının vətəndaşına məxsus imiş.
Bakıda masaj salonunda əxlaqsızlıq yuvası yaradan Rusiya vətəndaşı tutulub

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Bakıda əxlaqsızlıq yuvası təşkil edilən masaj salonu Rusiya Federasiyasının vətəndaşına məxsus imiş.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əxlaqsızlıq yuvası saxlanılan "Edem" masaj salonunun sahibi Rusiya Federasiyasının vətəndaşı Tumisa Mitayeva tutulub.

Qeyd edək ki, daha öncə - martın 15-də Bakı şəhər sakinləri Lalə Bəydəmirova və Arzu Yolçıyeva icarəyə götürdükləri "Edem" masaj salonunda əxlaqsızlıq yuvası təşkil etdikləri üçün saxlanılmışdılar.

Faktla bağlı polis idarəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti