...

Bakıda “Nissan” “Kamaz”la toqquşub, ölən və yaralanan var

Hadisə Materials 27 Mart 2013 10:52 (UTC +04:00)
Bakıda “Kamaz”a çırpılan “Nissan”ın sürücüsü ölüb, sərnişini yaralanıb.
Bakıda “Nissan” “Kamaz”la toqquşub, ölən və yaralanan var

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Bakıda "Kamaz"a çırpılan "Nissan"ın sürücüsü ölüb, sərnişini yaralanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 26-da saat 06:30 radələrində Böyük-şor şossesində Sadiq Abdullayev idarə etdiyi "Nissan" markalı avtomobili yolun kəranda dayanmış Atiq Ələkbərovun idarə etdiyi "Kamaz" markalı yük maşınına vurub.

Nəticədə Abdullayev ölüb, sərnişini Arif Əbilov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti