...

Əfqanıstanda Türkiyə vətəndaşları taliblər tərəfindən əsir götürülüb (ƏLAVƏ OLUNUB 2)

Hadisə Materials 22 Aprel 2013 11:15 (UTC +04:00)
Əfqanıstanda doqquz Türkiyə vətəndaşı taliblər tərəfindən əsir götürülüb.
Əfqanıstanda Türkiyə vətəndaşları taliblər tərəfindən əsir götürülüb (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 22 aprel / Trend, müxbir A.Tağıyeva /

Əfqanıstanda doqquz Türkiyə vətəndaşı taliblər tərəfindən əsir götürülüb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Hürriyət" qəzeti xəbər yayıb.

İçərisində Türkiyə vətəndaşlarının da olduğu helikopter Əfqanıstanın Loqar əyalətində məcburi eniş edib.

Daha əvvəl yayılan məlumatda bildirilirdi ki, içərisində Türkiyə vətəndaşlarının da olduğu sərnişin helikopteri Əfqanıstanın Loqar əyalətinin Azər rayonunda qəzaya uğrayıb.

Həmçinin o da xəbər verilmişdi ki, helokopterdə ikisi Türkiyə, üçü ABŞ və dördü Əfqanıstan vətəndaşı olmaqla doqquz nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti