...

Əfqanıstanda oğurlanmış Türkiyə vətəndaşları bu gün azad edilə bilər

Hadisə Materials 23 Aprel 2013 15:22 (UTC +04:00)
Aprelin 22-də Əfqanıstanda oğurlanmış 8 Türkiyə vətəndaşı bu gün axşam azad edilə bilər.
Əfqanıstanda oğurlanmış Türkiyə vətəndaşları bu gün azad edilə bilər

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A.Tağıyeva/

Aprelin 22-də Əfqanıstanda oğurlanmış 8 Türkiyə vətəndaşı bu gün axşam azad edilə bilər. Bu barədə Trend çərşənbə axşamı "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, hazırda oğurlanmış şəxslərin azad edilməsi barədə danışıqlar aparılır.

Qeyd edək ki, dünən taliblər tərəfindən oğurlanmış Türkiyə vətəndaşları ölkənin Lohar əyalətində məcburi eniş edən vertolyotun göyərtəsində olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti