Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/
Bakı Metropoliteni ərazisində oğurluq etmiş Quba rayon sakini və Rusiya Federasiyasının vətəndaşı tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, metronun "İnşaatçılar" stansiyasında İsmayıllı rayon sakini Ziyafət Babayevaya məxsus içərisində 500 manat və təqaüd kartı olan pul kisəsi cibindən oğurlanıb.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Quba rayon sakini, əvvəllər məhkum olunmuş Fərasət Əhmədov və Rusiya Federasiyasının vətəndaşı, əvvəllər məhkum olunmuş Rüstəm Alırin tutulublar.