Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/
Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində "VAZ-21074" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Xəsarət alan piyada Mofil Rüstəmov xəstəxanaya aparılarkən yolda keçinib.
Sürücü hadisə yerindən qaçsa da, onu saxlamaq mümkün olub. Faktla bağlı Gədəbəy Rayon Poli Şöbəsində araşdırma aparılır.