...

Şəmkirdə bir əsrə yaxın yaşı olan yaşayış evində yanğın olub

Hadisə Materials 8 May 2013 08:19 (UTC +04:00)
Bu gecə Azərbaycan ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.
Şəmkirdə bir əsrə yaxın yaşı olan yaşayış evində yanğın olub

Azərbaycan, Bakı, 8 may /Trend/

Bu gecə Azərbaycan ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan ikiotaqlı mənzilin 1 otağında "Samsung" markalı televizov və "LG" markalı kondisioner yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 22:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 6 otaqlı evin (1920-ci il inşa olunub, arakəsmə divarları taxta konstruksiyalardan və dam örtüyü qamışdan ibarət) 2 otağının yanar konstruksiyaları, ev əşyaları 45 kv.m və bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin, köməkçi tikilinin qalan hissəsi və sahəsi 195 kv.m olan bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 200 kq ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus tikinti materialları satışı mərkəzinin ərazisində ümumi sahəsi 15 kv.m olan lambirdən ibarət gözətçi otağının yanar konstruksiyaları yanıb. Yanğın zamanı gözətçi əl nahiyəsindən termiki yanıq xəsarətləri alaraq və vətəndaşlar tərəfindən 7 saylı xəstəxanaya aparılıb. Ona ilkin yardım göstərilərək ambulator müalicəyə buraxılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti