...

Bakıda kafedə bıçaqla adam öldürüldü

Hadisə Materials 8 May 2013 12:51 (UTC +04:00)
Bakıda Şəhər şossesindəki kafelərdən birində qətl törədilib.
Bakıda kafedə bıçaqla adam öldürüldü

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Bakıda Şəhər şossesindəki kafelərdən birində qətl törədilib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 7-i saat 19:40 radələrində Sabunçu rayonundakı Şəhər şossesində yerləşən "Uluxanlı" kafesındə Bakı şəhər sakinləri Aqil Rzayev mübahisə zəminində Rövşən İsmayılova bıçaqla zərbə vuraraq ona xəsarət yetirib. İsmayılov aldığı xəsarətlərdən ölüb.

Qətli törətmiş Rzayev isə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti