...

Bakı sakini vətəndaş nikahında olduğu qadını öldürüb

Hadisə Materials 11 May 2013 13:25 (UTC +04:00)
Qeyri-rəsmi nikah münasibətlərində olduğu qadını boğaraq qətlə yetirmiş Bakı şəhər sakini könüllü olaraq polisə təslim olub.
Bakı sakini vətəndaş nikahında olduğu qadını öldürüb

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İzzət/

Qeyri-rəsmi nikah münasibətlərində olduğu qadını boğaraq qətlə yetirmiş Bakı şəhər sakini könüllü olaraq polisə təslim olub.

Trend Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 10-da saat 03:00 radələrində Bakı şəhər sakini Qəhrəman Bədəlov Nəsimi rayonu ərazisində kirayədə yaşayan, qeyri-rəsmi nikah münasibətlərində olduğu Yeganə Məmmədovanı boğaraq qətlə yetirib, evdən qızıl boyunbağı və 350 manatını aparıb.

Lakin daha sonra Bədəlov həmin gün könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinə gələrək təslim olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti