...

Yardımlıda “UAZ” aşdı, sürücü öldü

Hadisə Materials 13 May 2013 15:09 (UTC +04:00)
Yardımlı rayonundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Yardımlıda “UAZ” aşdı, sürücü öldü

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

Yardımlı rayonundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 12-də saat 16.00 radələrində Yardımlı rayonunun Abidinli kəndi ərazisində kənd sakini Eyvaz Rzayev idarə etdiyi "UAZ" markalı avtomaşını aşırıb.

Nəticədə Rzayev aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti