Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət /
Qəbristanlıqdan 24 ədəd qəbir hasarlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Goranboy rayon Xanqərvənd kənd qəbiristanlığından ümumi uzunluğu 52 metr olan 24 ədəd qəbir hasarları oğurlanıb.
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər, Üzeyir Hacıbəyov küçəsi sakini Zeynalov Rafael Qabil oğlu saxlanılıb.
Araşdırma zamanı bəlli olub ki, sözü gedən şəxs qəbiristanlıqda qəbir daşları düzəldən usta kimi çalışır. Maraqlısı budur ki, Rafael Zeynalov oğurluq əməlini günorta saatlarında həyata keçirirmiş. O, dəmir hasarları "Ford" markallı avtomaşını ilə daşıyırmış.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.