Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/
Bakıda Binəqədi şossesində sərnişin avtobusunun törətdiyi qəzada bir piyada ölüb, digəri xəsarət alıb.
Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 22-si saat 22:00 radələrində 165 saylı marşrut üzrə Binəqədi şossesi ilə hərəkət edən edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçən piyadalar - 1961-ci təvəllüdlü Balabəy Qasımov və 1971-ci təvəllüdlü Xanbala Mirzəyevi vurub.
Xanbala Mirzəyev xəstəxanaya yerləşdirilib. Balabəy Qasımov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.