...

Bakıda piyada yol qəzasının qurbanı oldu

Hadisə Materials 23 May 2013 10:22 (UTC +04:00)
Xəzər rayonunda baş verən qəzada piyada ölüb.
Bakıda piyada yol qəzasının qurbanı oldu

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

Xəzər rayonunda baş verən qəzada piyada ölüb.

Xəzər Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 22-si saat 23:20 radələrində Buzovna-Mərdəkan şossesində Buzovna qəsəbəsi ərazisində sürücü Arif Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Bəhram Əliyevi vurub.

Nəticədə piyada Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti