...

Dəməşqdə 6 nəfər partlayış qurbanı olub, 10 nəfər yaralanıb

Hadisə Materials 27 May 2013 00:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend /

Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında bazar günü partlayış törədilib, nəticədə altı nəfər həlak olub, 10 nəfər yaralanıb. Bu barədə Trend Sinxua agentliyinə istinadən məlumat verir.

Bazar günü axşam Dəməşqin cənub ətrafında minalanmış avtomobil partladılıb.

Heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. Lakin bəzi məlumatlara görə, terror aktının arxasında "Əl-qaidə" ilə əlaqəlı "əl-Nusra Cəbhəsi" (al-Nusra Front) terror qruplaşması dura bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti