...

Bakıda həbsxanaya şirə qutusunun içində qadağan olunmuş əşya keçirmək istədilər (FOTO)

Hadisə Materials 27 May 2013 16:43 (UTC +04:00)
Bakıda 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda həbsxanaya şirə qutusunun içində qadağan olunmuş əşya keçirmək istədilər (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İzzət/

Bakıda 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1970-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Rasim Ramiz oğlu Ağaməmmədova vətəndaş Əziz Novruz oğlu Əhmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı "Jalə" şirəsi qutusunun içərisində gizlədilmiş bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti