...

Bakıda iki “Shacman” toqquşub, yaralı avtomobildə sıxılmış vəziyyətdə qalıb

Hadisə Materials 31 May 2013 11:29 (UTC +04:00)
Qaradağ rayonunda “Shacman” markalı iki yük avtomobili toqquşub.
Bakıda iki “Shacman” toqquşub, yaralı avtomobildə sıxılmış vəziyyətdə qalıb

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/

Qaradağ rayonunda "Shacman" markalı iki yük avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1 nəfər qəzada xəsarət alıb və deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti