...

Gəncəyə 4 sm böyüklüyündə dolu yağıb, güclü külək bir sıra fəsadlara səbəb olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 3 İyun 2013 19:38 (UTC +04:00)
Bu gün saat 17:15 radələrində Gəncəyə güclü dolu yağıb. Dolunun diametri 3-4 santimetrə çatıb.
Gəncəyə 4 sm böyüklüyündə dolu yağıb, güclü külək bir sıra fəsadlara səbəb olub (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 18:05-də yayılıb)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Bu gün saat 17:15 radələrində Gəncəyə güclü dolu yağıb. Dolunun diametri 3-4 santimetrə çatıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu hadisə yay fəslində Gəncənin iqlimi üçün heç də xarakterik hal deyil. Şəhər əhalisi də güclü dolunun yağmasını təəccüblə qarşılayıb.

5 dəqiqə davam edən bu təbiət hadisəsi sonda yağışla əvəzlənib.

Hazırda Gəncədə güclü külək əsir.

Sakinlərin Trend-ə verdiyi məlumata görə, güclü külək nəticəsində şəhərə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Bəzi ərazilərdə külək binaların dam örtüklərini uçurub, onlarla avtomobilə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti