...

Türkiyədə yeddi nəfər metandan zəhərlənərək ölüb

Hadisə Materials 18 İyun 2013 09:59 (UTC +04:00)
Türkiyənin Muğla vilayətinin Milas rayonunda metan qazından zəhərlənmə nəticəsində 7 nəfər dünyasını dəyişib.
Türkiyədə yeddi nəfər metandan zəhərlənərək ölüb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin Muğla vilayətinin Milas rayonunda metan qazından zəhərlənmə nəticəsində 7 nəfər dünyasını dəyişib. Bu barədə Trend çərşənbə axşamı "CNN Türk" telekanalına istinadən məlumat verir.

Telekanalın məlumatına görə, zəhərlənmə yaxınlıqdakı zavodların çirkab sularının axdığı nasos stansiyalarının birində baş verib. Stansiyada təmir işləri aparan işçilər metan qazı ilə nəfəs aldıqlarına görə zəhərləniblər.

Metandan zəhərlənən yeddi nəfərin hamısı yerləşdirildikləri xəstəxanalarda ölüblər.

Fakt üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti