...

Ankarada etiraz aksiyaları zamanı xəsarət alan və saxlanılanların sayı açıqlandı

Hadisə Materials 18 İyun 2013 14:51 (UTC +04:00)
Ankara valiliyi Türkiyə paytaxtında etiraz aksiyaları zamanı xəsarət alan və saxlanılanların sayını açıqlayıb.
Ankarada etiraz aksiyaları zamanı xəsarət alan və saxlanılanların sayı açıqlandı

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A.Tağıyeva/

Ankara valiliyi Türkiyə paytaxtında etiraz aksiyaları zamanı xəsarət alan və saxlanılanların sayını açıqlayıb. Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, 31 may tarixindən indiyədək etiraz aksiyaları zamanı 381 nəfər yaralanıb, onlardan 133-ü polisdir. Qarşıdurmalar zamanı 944 nəfər saxlanılıb.

Aldığı xəsarətlərdən bir nəfər ölüb. Dörd nəfər hələ də şəhər xəstəxanalarında müalicə alır.

Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti