Azərbaycan, Bakı, 1 iyul /Trend/
Misirin müxtəlif şəhərlərində hazırki prezident Məhəmməd Mursinin tərəfdarları ilə opponentləri arasında baş vermiş qarşıdurmalarda 3 nəfər ölüb.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, Misirin Səhiyyə Nazirliyi Qahirə, İsgəndəriyyə, Asyut, Dakhaliyyə, Qarbiyyə, Beni Suveyf və Buhayra şəhərlərində qruplar arasında yaşanan olaylar nəticəsində 174 adamın yaralandığını açıqlayıb.
Açıqlamada deyilir ki, Asyutda 2, Beni Suveyfdə 1 nəfər ölüb.
Bəzi yaralıların vəziyyəti isə ağırdır.