Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İzzət/
Ağdaş rayon sakini olan ruhi xəstə özünü Hərbi Hospitalın Terapiya şöbəsinin inzibati binasının damından atmağa cəhd göstərib
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyulun 1-də Bakının Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində Ağdaş rayon sakini, ruhi xəstə Mehdi Musayev özünü Hərbi Hospitalın Terapiya şöbəsinin inzibati binasının damından atmağa cəhd göstərib.
Cəhdin qarşısı Nəsimi Rayon Polis İdaərisinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən alınıb.