...

Gədəbəydə “UAZ” çaya aşıb, ölən və yaralanan var

Hadisə Materials 8 İyul 2013 13:10 (UTC +04:00)
Gədəbəy rayonunda meşə zolağında baş verən qəzada ölən və yaralanan var.
Gədəbəydə “UAZ” çaya aşıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/

Gədəbəy rayonunda meşə zolağında baş verən qəzada ölən və yaralanan var.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyulun 7-də saat 18.30 radələrində Gədəbəy rayonunun Qalakənd kəndi ərazisindəki meşə zolağında Qarıkənd kənd sakini Zaur Abdullayev idarə etdiyi "UAZ-469" markalı dövlət qeydiyyat nişanları olmayan avtomaşını körpüdən çaya aşırıb.

Nəticədə Z.Abdullayevin sərnişini, Maarif kənd sakini Duman Orucov hadisə yerində ölüb, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti