Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İzzət/
Şəkidə avtomobil yoldan çıxaraq aşıb.
Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 09:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun 21-ci km-də, yolun Şəki rayonu ərazisindən kecən hissəsində baş verib.
Şəkinin Baş Göynük kənd sakini 1965-ci il təvəllüdlü İbrahimov Sadəddin Salam oğlunun idarə etdiyi "23-BG-260" dövlət nömrə nişanlı "VAZ 21 099" markalı avtomobil Şəkidən Yevlax istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Avtomobil əvvəlcə qarşıdan gələn avtomobilin yoluna çıxıb, daha sonra yol kənarındakı kiçik ağac topasına dəydikdən sonra aşıb.
Sürücü və həyat yoldaşı İbrahimova Alagöz Məsi qızı yüngül bədən xəsarətləri alıb. Xəstələrə ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar.
Qeyd edək ki, sürücü və onun həyat yoldaşı Ağdaşa yas məclisinə gedirmişlər.
Qəzanın dəqiq səbəbləri BDYPİ-nin istintaq bölməsi tərəfindən aparılacaq araşdırmalardan sonra bəlli olacaq.