...

Rusiya vətəndaşından və Sumqayıt sakinindən oğurluq etmiş şəxs həbs olunub

Hadisə Materials 18 İyul 2013 13:58 (UTC +04:00)
Sumqayıt şəhər sakini məxsus avtomaşından və Rusiya vətəndaşından oğurluq etmiş şəx tutulub.
Rusiya vətəndaşından və Sumqayıt sakinindən oğurluq etmiş şəxs həbs olunub

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhər sakini məxsus avtomaşından və Rusiya vətəndaşından oğurluq etmiş şəx tutulub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 17-də Sumqayıt şəhəri "Corat bağları" adlandırılan ərazidə şəhər sakini Cavanşir Allahverdizadəyə məxsus "Toyota-Prado" markalı avtomaşından açıq qalmış qapıdan girmək yolu ilə 35 manat pul və şəxsi sənədləri oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Anar Cəfərov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun iyulun 16-da Rusiya Federasiyası vətəndaşı Marqarita Dobrosmıstlovaya məxsus şəxsi sənədləri, 2 ədəd brilliant qaşı, 11500 rubl pulu, metal boyunbağını, tütün məmulatını, çantanı və gün eynəyini oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti