...

Somalidə Türkiyə səfirliyi işçilərinin yaşadığı binanın qarşısında avtomobil partladılıb

Hadisə Materials 27 İyul 2013 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Somalinin paytaxtı Moqadişoda partlayıcı maddə ilə dolu avtomobil Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qapılarını yarıb, nəticədə iki nəfər həlak olub. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli polis xəbər verib.

"Partlayıcı maddə ilə dolu avtomobilin hədəfi türk səfirliyinin əməkdaşları yaşayan bina olub, ən azı iki nəfər həlak olub", - polis nümayəndəsi Əhməd Mohamud deyib.

Hələ ki heç kim terror aktı üçün məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti