...

Avtomobilin Bakıda polis postuna “hücumu” (VİDEO)

Hadisə Materials 31 İyul 2013 14:04 (UTC +04:00)
Bakının mərkəzi küçələrinin birində yüksək sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü sükan arxasında yuxuladığından idarəetməni itirib. Nəticədə avtomobil düz yolun kənarındakı polis postuna doğru hərəkət edərək onun qarşısında dəmir sürahılara çırpılıb.
Avtomobilin Bakıda polis postuna “hücumu” (VİDEO)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İ.İzzət/

Bakının mərkəzi küçələrinin birində yüksək sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü sükan arxasında yuxuladığından idarəetməni itirib. Nəticədə avtomobil düz yolun kənarındakı polis postuna doğru hərəkət edərək onun qarşısında dəmir sürahılara çırpılıb.

Məhz sürahılara görə ölümdən qurtulan polis isə əlində avtomat silahla postdan çıxaraq nə baş verdiyini öyrənmək istədiyi zaman sürücü avtomobildən çıxaraq yolun ortasında oturub kömək diləməyə başlayır.

Hadisə yol kənarında quraşdırılmış nəzarət kameralarının yaddaşına həkk olunub.

Trend həmin qəzanın videogörüntüsünü təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti