...

Bakıda avtomobil hasara və elektrik dirəyinə çırpılıb: ölən və yaralananlar var

Hadisə Materials 6 Avqust 2013 10:15 (UTC +04:00)
Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralanlar var.
Bakıda avtomobil hasara və elektrik dirəyinə çırpılıb: ölən və yaralananlar var

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İ.İzzət/

Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralanlar var.

Nərimanov Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 5-də saat 23:45 radələrində Məmməd Araz küçəsi, 66 ünvanında yerləşən evin qarşısında 1991-ci il təvəllüdlü Musazadə Rza Tahir oğlu idarə etdiyi "90-RF-341" dövlət qeydiyyat nişanlı "Nissan-Sunny" markalı avtomobillə hərəkət edərkən idarəetməni itirərək maşının qabaq hissəsini hasara, sağ tərəfini isə elektrik dirəyinə çırpıb.

Nəticədə avtomobildə olan sərnişin, 1988-ci il təvəllüdlü Kazımov Rəşad hadisə yerində ölüb.

Digər sərnişin 1989-cu il təvəllüdlü Xəlilov Xəyyam və sürücü Musazadə Rza xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti