Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/
Ceyranbatan Su Anbarında ölüm hadisəsi baş verib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 27-də Bakı şəhər sakini Sergey Krotov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə Ceyranbatan Su Anbarında baş verib. Krotov orada təmir işləri aparan zaman onu elektrik cərəyanı vurub.
Faktla bağlı araşdırma aparılır.