Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/
Qusar rayon sakininin evində müvafiq sənəd və xüsusi razılıq olmadan "Valeoksan" markalı cihazla qanunsuz tibbi xidmət göstərilməsi müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qusar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon sakini Məmləkət Bədirxanovanın evində, orada kirayədə yaşayan Rusiya Federasiyası vətəndaşı Svetlana Popovanın müvafiq sənəd və xüsusi razılıq olmadan "Valeoksan" markalı cihazla müayinə aparması müəyyən edilib. Popova apardığı müayinələr üçün hər bir vətəndaşdan 20 manat pul alırmış.
Faktla əlaqədar polis şöbəsində araşdırma aparılır.