...

Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var

Hadisə Materials 5 Sentyabr 2013 10:23 (UTC +04:00)
Sumqayıt şəhərində Bakı-Quba yolunun 35-ci kilometrliyində “OPEL” markalı minik avtomobili və “KİNG LONG” markalı avtobus toqquşub.
Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Sumqayıt şəhərində Bakı-Quba yolunun 35-ci kilometrliyində "OPEL" markalı minik avtomobili və "KİNG LONG" markalı avtobus toqquşub.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsında "Opel" markalı minik avtomobilində olan 3 nəfər sərnişin xəsarət alıb və xəstəxanaya aparılıblar.

Həmin avtomobildə olan 1949-cu il təvəllüdlü 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat bu gün səhər saat 08:03-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti