...

Bakıda intihara cəhd etmiş şəxsin həyatını xilas etmək mümkün olmayıb

Hadisə Materials 6 Sentyabr 2013 09:47 (UTC +04:00)
Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 5-də səhər saatlarında Zabrat I qəsəbəsinin Yeni yaşayış massivində yaşayan 1982-ci il təvəllüdlü Musayev Samir özünü evin tavanından naqillə asaraq intihara cəhd göstərib. Lakin hadisədən tez xəbər tutan ailə üzvləri onu xilas edərək 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.
Bakıda intihara cəhd etmiş şəxsin həyatını xilas etmək mümkün olmayıb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İzzət/

Sabunçu rayonunda 31 yaşlı kişi intihar edib.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 5-də səhər saatlarında Zabrat I qəsəbəsinin Yeni yaşayış massivində yaşayan 1982-ci il təvəllüdlü Musayev Samir özünü evin tavanından naqillə asaraq intihara cəhd göstərib. Lakin hadisədən tez xəbər tutan ailə üzvləri onu xilas edərək 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq, Samir Musayevin həyatını xilas etmək mümkün olmayıb. O bu gün səhər xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti