...

Türkiyədə qarşıdurmalar nəticəsində bir nəfər ölüb

Hadisə Materials 10 Sentyabr 2013 09:57 (UTC +04:00)
Ötən gecə Türkiyənin Hatay əyalətinin Antakya rayonunda hakim Ədalət və İnkişaf partiyasının yürütdüyü siyasətdən narazı olan şəxslər etiraz aksiyası keçiriblər.
Türkiyədə qarşıdurmalar nəticəsində bir nəfər ölüb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Ötən gecə Türkiyənin Hatay əyalətinin Antakya rayonunda hakim Ədalət və İnkişaf partiyasının yürütdüyü siyasətdən narazı olan şəxslər etiraz aksiyası keçiriblər. Bu barədə Trend Türkiyənin "Hürriyet" qəzetinə istinadən bildirib.

Aksiya zamanı ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma baş verib. Qarşıdurmalar nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.

Xatırladaq ki, Türkiyədə bu ilin may ayında təxminən üç həftə ərzində etiraz aksiyaları keçirilib. Rəsmi Ankara nümayişlərin antihökumət xarakteri daşıdığını bəyan edib.

Həmin vaxt baş verən qarşıdurmalar nəticəsində dörd minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, 5 nəfər ölüb və 4,9 minə yaxın insan isə polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti