Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A. Tağıyeva/
Ankara Baş Prokurorluğu Turqut Özalın həyat yoldaşı Semra Özalın ərinin ölümündə iştirakı məsələsi üzrə təhqiqata başlayıb. Bu barədə Trend cümə günü "CNN Türk" telekanalına istinadən məlumat verir.
Belə ki, daha əvvəl Levent Ersözün simasında təqsirləndirilən tərəf Semra Özalın ünvanına irəli sürdüyü ittihama əsasən, guya onun ərinin zəhərlənməsində əli olub. Prokurorluq Semra Özala qarşı bu ittihamları qəbul edərsə, cinayət işi qaldırılacaq.