...

Türkiyənin Suriya ilə sərhəd ərazisinə qırıcı təyyarə düşüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Sentyabr 2013 17:22 (UTC +04:00)
Türkiyənin Suriya ilə sərhəd ərazisində yerləşən Hatay vilayətinə "Azad Suriya Ordusu"nun vurduğu Suriya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə düşüb.
Türkiyənin Suriya ilə sərhəd ərazisinə qırıcı təyyarə düşüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Suriya ilə sərhəd ərazisində yerləşən Hatay vilayətinə "Azad Suriya Ordusu"nun vurduğu Suriya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə düşüb. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, qırıcı təyyarənin pilotları katapult etməyə imkan tapıblar, lakin onlar da "Azad Suriya Ordusu" tərəfindən vurulublar.

Qırıcı təyyarənin Hatay vilayətinin Yayladağ rayonundan 400 metr aralıda düşdüyü bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti