...

Ötən gün Azərbaycanda iki piyada yol qəzasının qurbanı olub

Hadisə Materials 19 Sentyabr 2013 13:10 (UTC +04:00)
Sentyabrın 18-də respublika ərazisində baş yol-nəqliyyat hadisələri zamanı avtomobillər tərəfindən vurulan iki piyada dünyasını dəyişib.
Ötən gün Azərbaycanda iki piyada yol qəzasının qurbanı olub

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İzzət/

Sentyabrın 18-də respublika ərazisində baş yol-nəqliyyat hadisələri zamanı avtomobillər tərəfindən vurulan iki piyada dünyasını dəyişib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 18-də saat 08.40 radələrində Xətai rayonu Nobel prospektində Bakı şəhər sakini Xudaverdi Qasımov idarə etdiyi "Opel" markalı avtomaşınla yolu keçən həmyerlisi Nəcimə Şirinovanı vurub. Nəticədə Nəcimə Şirinova hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Piyadanın vurulması ilə bağlı digər yol-nəqliyyat hadisəsi Xızı rayonunda baş verib. Saat 21.00 radələrində rayonun Giləzi qəsəbəsinin ərazisində Ağdam rayon sakini Şəhriyar Cəlaloğlu idarə etdiyi "VAZ-21144" markalı avtomaşınla yolu keçən qəsəbə sakini Rəsul Məmmədovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.

Ümumiyyətlə, sentyabrın 18-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti